Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Məşhur kruiz şirkətinin bağlandığı haqqında məlumat yayılıb

Dünyanın ən nüfuzlu kruiz şirkətlərindən sayılan “Crystal Cruises”in bağlandığı bildirilir.

“Seanews.az” xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, şirkətin fəaliyyətini dayandırması barədə artıq əməkdaşlar məlumatlandırılıblar. Bununla belə, şirkət rəhbərliyi hələlik məsələylə bağlı rəsmi açıqlama verməyib.

Bundan öncə isə “Crystal Cruises” 29 aprelədək bütün səfərlərini təxirə saldığını elan etmişdi.  

Qeyd edək ki, sözügedən şirkət 1988-ci ildə qurulub. Məşhur kruiz şirkəti  “Crystal Serenity” , “Crystal Symphony”, “Crystal Endeavour” kimi bir çox gəmilərə sahib idi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır