Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

“Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb.

 “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərrik, nasoslar, separatorlar və kompressorlar təmir edilib.

Gəmidə gövdə-qaynaq, elektrik-quraşdırma və avtomatika işləri də yerinə yetirilib. Həmçinin, tankerdə yeni borular quraşdırılıb.

Eyni zamanda, “Şah İsmayıl Xətai” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən xam neftin daşınmasına cəlb olunub.

Xatırladaq ki, “Şah İsmayıl Xətai” gəmisi Nəqliyyat Donanmasının ən nəhəng tankerlərindən biridir. Uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır