Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

“Kawasaki Heavy Industries” inşa etdiyi "Crystal Trinity" gəmisini sifarişçiyə təhvil verib

“Kawasaki Heavy Industries” şirkəti “Kumiai Navigation” üçün inşa etdiyi "Crystal Trinity" gəmisini sifarişçiyə təhvil verib.

“Seanews.az” xəbər verir ki,  bu, zavodda inşa edilən  65-ci LPG daşıyıcısı və iki yanacaqla - mazut və mayeləşdirilmiş neft qazı ilə işləyən mühərriklərlə təchiz edilmiş ikinci 84.000 tonluq gəmidir.

Gəminin uzunluğu 229,9 metr, eni 37,2 metr, suya oturumu 11,6 мetr, dedveyti 55,1 min tondur. Heyəti 29 nəfərdən ibarət olan LPG daşıyıcısı 17 düyün sürətlə hərəkət edəcək.

Gəmi Sinqapurda qeydiyyata alınacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır