Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

NYK gəmiçilik şirkəti LNG-dən dəniz yanacağı kimi istifadə edə bilən dörd  gəmi sifariş edəcək

Yaponiyanın “Nippon Yusen Kabushiki Kaisha” (“NYK”) gəmiçilik şirkəti LNG-dən dəniz yanacağı kimi istifadə edə bilən dörd “Capesize” quru yük gəmisi sifariş edəcək.

“Seanews.az” xəbər verir ki, “Nihon Shipyard Co., Ltd” şirkəti ilə iki yükdaşıyan gəminin tikintisi üçün müqavilə “bağlanacaq. Bu gəmilərdən biri “Namura Shipbuilding Co., Ltd “-nin tərsanəsində, digəri Çinin “Shanghai Waigaoqiao Shipbuilding Co., Ltd” zavodunda inşa ediləcək.

Gəmilər 2024-2025-ci illərdə sifarişçiyə təhvil veriləcək.

Baş ofisi Tokioda yerləşən “Nippon Yusen Kabushiki Kaisha” (NYK Line) beynəlxalq logistika, gəmiçilik, kruiz, terminal əməliyyatları və digər əməliyyatlar üzrə ixtisaslaşmışdır. “NYK Group”-un istismar etdiyi gəmilərin sayı  750-ni keçir. Bütün donanmasının ümumi tonajı isə  61,2 milyon tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır