Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Yeni nəsil balkerlər

Quru yük donanmasının istismar təcrübəsinin dərindən öyrənilməsi və qabaqcıl gəmiqayırma texnologiyalarının istifadəsi gəmi inşaatçılarına qalaq yüklərin daşınması üçün gəmilərin getdikcə daha təkmil layihələrini təklif etməyə imkan verir.

Çin Gəmiqayırma Korporasiyasının (“CSSC”) mütəxəssisləri istismar xərclərinin əhəmiyyətli dərəcədə azaltmağa imkan verən yeni növ səmərəli və universal quru yük gəmilərinin inşasına başladıqlarını bildiriblər.

“Seanews.az” xəbər verir ki, təkmilləşdirilmiş balkerlərin uzunluğu təqribən 232 metr (751 fut), eni 36 metr (118 fut) və dedveyti 85.000 ton olacaq. Gəminin yük anbarlarının həcmi 1000 min kubmetri keçəcək.

Güc qurğuları əhəmiyyətli yanacaq qənaəti ilə balkerin 14 düyün sürətlə hərəkət etməsinə, gücləndirilmiş gövdə konstruksiyası isə gəmini dünyanın transokean marşrutlarının əksəriyyətində istifadə etməyə imkan verəcək.

Modernləşdirilmiş yükvurma-yükboşaltma kompleksi, xüsusi gövdələr, yüksək səmərəli ventilyasiya və saxlama sistemi sayəsində gəmi geniş çeşiddə yüklər - sement, müxtəlif növ filizlər, kömür və ya taxıl bitkiləri... daşıya bilər. Eyni zamanda, gəminin yük növünün dəyişdirilməsinə hazırlanması üçün tələb olunan vaxt mümkün qədər azaldılır.

“Emerald Putuo” adlı perspektivli layihənin ilk gəmisi artıq sifarişçiyə - Çinin “Zhejian Xinythal Shipping” gəmiçilik şirkətinə təhvil verilib. Eyni tipli daha yeddi balkerin tikintisi müxtəlif mərhələlərdədir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır