• Bakı, 2022-01-21,
Seanews
Heyder Eliyev

Yaponiya dənizinin sahilində heyətsiz gəmi aşkar edilib

Yaponiya dənizinin sahilində (İsikava əyaləti) təxminən 50 metr uzunluğunda atılmış gəmi aşkar edilib.

“Seanews.az” xəbər verir ki, heyətsiz  gəmini dalğalar qayalı sahilə atıb.  

Poladdan hazırlanan gəmi qismən paslanıb. Göyərtəsində 10 dirək quraşdırılıb və onların arasında tor çəkilib. Bortda 436 rəqəmi yazılıb.

“Asahi” qəzeti gəmidən dəniz təlimi zamanı hədəf kimi istifadə edildiyini ehtimal edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır