Niderlandda balkerin dəniz bioyanacağı ilə sınaq səfəri uğurla başa çatıb
Dünyanın ən böyük gəmi sahiblərindən biri olan “Eagle Bulk Shipping” ilə ən qabaqcıl “GoodFuels” yanacaq tədarükçüsü arasında əməkdaşlıq çərçivəsində dedveyti 63,529 ton olan “Sydney Eagle” gəmisinin dəniz bioyanacağı ilə Niderlandın Terneuzen şəhərinə sınaq səfəri uğurla başa çatıb.
“Seanews.az” xəbər verir ki, ekoloji cəhətdən təmiz ”GoodFuels” dəniz bioyanacağı ətraf mühitə karbon qazı tullantılarını 80-90% azaltmağı təmin edir.
“GoodFuels” bioyanacağı daha yüksək keyfiyyətli məhsula çevrilə bilməyən sertifikatlaşdırılmış bərpa olunan xammal mənbələrindən istehsal olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır