Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

bal ticarətin 80 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçir

Qlobal ticarətin təqribən 80 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Bu, beynəlxalq əmtəə daşımalarının daha səmərəli və rentabelli üsuludur. AZƏRTAC xəbər verir ki, BMT-nin Ümumdünya Dəniz Günü ilə bağlı açıqladığı məlumatda belə deyilir. Bu il Ümumdünya Dəniz Gününün devizi “Gəmilər, insanlar, limanlar: birləşən yollar” olub. Onun məqsədi dəniz nəqliyyatının daha səmərəli idarə olunması, naviqasiya təhlükəsizliyinin və dənizdə təhlükəsizliyin təmin olunması, habelə dənizin ekoloji sistemlərinin müdafiəsi üzrə strategiyanın işlənib hazırlanmasında və tətbiqində ölkələrə kömək etməkdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Limanın terminalları vasitəsilə Xəzər dənizinin iri limanları, habelə Volqa-Don və Volqa-Baltik kanalı vasitəsilə Qara dəniz, Aralıq dənizi, Baltik dənizi, Şimal dənizi, Atlantik okeanının limanları ilə ticarət əlaqələri saxlanılır. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 5331,1 min ton yük daşınıb. Bu yüklərin 49,3 faizini neft məhsulları təşkil edir. Dəniz limanlarında 6909,67 min ton yük boşaldılıb. Bu yüklərin 96,1 faizini (6640,7 min ton) tranzit yüklər təşkil edib. Sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda dəniz nəqliyyatı ilə 12,7 min sərnişin daşınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır