Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Şirvan 2” kran gəmisinin əsaslı təmiri başa çatıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Şirvan 2” kran gəmisinin əsaslı təmiri yekunlaşıb.

Gəminin təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodu və Xəzər Dəniz Neft Donanmasının Gəmi təmiri emalatxanasının əməkdaşlarının iştirakı ilə yerinə yetirilib.

Təmir müddətində gəmi mexanizmləri, baş  mühərriklər, braşpil və şpil qurğuları, nasoslar,  boru sistemləri, sanitar qovşaqlar və elektrik mühərriklərinin cari təmir işləri aparılıb. Bununla belə, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də yerinə yetirilib.

“Şirvan 2” gəmisi  tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.

İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb.  Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Beləliklə, gəmi yenidən istismara qaytarılıb.

“Şirvan 2” kran gəmisinin uzunluğu 98,55, eni 17 metrdir.  Gəmi 2×2400 at gücünə malik baş mühərriklərlə təchiz olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır