“Mitsui E&S” sonuncu ticarət gəmisini istismara verib
Yaponiyanın “Mitsui E&S” gəmiqayırma şirkəti sonuncu ticarət gəmisini istifadəyə verərək məruz qaldığı uzunmüddətli itkilərə görə gəmi istehsalına son qoyduğunu və mühəndislik xidmətləri sahəsinə keçdiyini açıqlayıb.
"Seanews.az" xəbər verir ki, “Mitsui E&S” tərəfindən inşa edilən sonuncu gəmi “JAL Kalpataru” balkeridir. Uzunluğu 199.9 metr, dedveyti 66 min ton, tutumu 826 kubmetrdir. Suya az oturan gəmi kömür, filiz, taxıl, həmçinin çox da böyük olmayan yüklərin daşınması üçün nəzərdə tutulub.
“Mitsui E&S” bu ilin yazında 2018-ci ildən tankerlər, konteyner daşıyan və quru yük gəmiləri istehsalı sahəsində yaxından əməkdaşlıq etdiyi “Tsuneishi Shipbuilding” ilə konsolidasiya elan edib. Razılaşmaya əsasən, “Tsuneishi” 49% paya sahib olacaq yeni “Mitsui E&S” müştərək müəssisəsinə investisiya yatıracaq.
Bundan başqa, dövlət sifarişləri, o cümlədən hərbi gəmi istehsalı işlərini də “Mitsui E&S Holdings” -in görəcəyi ilə bağlı “Mitsubishi Heavy Industries” (MHI) ilə razılıq əldə edilib.