Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Samarada çay donanması tamamilə yenilənəcək

Rusiyanın Samara bölgəsinin sakinləri gec-tez yüksək sürətli qayıqlarda hərəkət edə biləcəklər. Səlahiyyətlilər çay donanmasının tamamilə yenilənməsi barədə düşünürlər.

“Seanews.az” xəbər verir ki, bu barədə müsahibəsində Samara bölgəsinin turizm şöbəsinin müdiri A. Abduraşitov bildirib.  

-Gəzinti və sürətli donanmanı yeniləmək istəyirik, çünki bəzi turizm obyektləri bir neçə saatlıq məsafədə yerləşir. Düşünürük ki, gediş vaxtına nə qədər qənaət edilsə, görməli yerlərə tələbat da o qədər artacaq.  Bundan başqa, səfərlərin sayını da artırmaq vacibdir. Məsələn, indi Şiryayevdən yalnız bir neçə gəmi gedir. Məsafə kifayət qədər böyükdür, nəqliyyatın isə həm sayı azdır, həm də sürəti aşağıdır. Buna görə,  gəmilərin bir və ya iki saatlıq fasilələrlə hərəkəti üçün cədvəl qura bilmirik. Yüksək sürətli donanma sayəsində isə Şiryayevə getmək asanlaşacaq,-deyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır