• Bakı, 2020-05-27,
Seanews
Heyder Eliyev

miçiliyin sərnişin gəmisi təmirə daya

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ixtisaslaşdırlmış donanmasına məxsus “MPK-452” sərnişin  gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir edilir. Gəminin arxa hissəsində qüsurlu metal lövhələr dəyişdirilib, sualtı və suüstü hissələri rənglənib. Kinqston qutusunun, lövbər və lövbər zəncirinin təmiri həyata keçirilir. Həmçinin gəminin maşın şöbəsində elektrik cihazları saz vəziyyətə gətirilib. Yağ, yanacaq və su sistemlərində çatışmazlıqlar aradan qaldırılıb. Qeyd edək ki, uzunluğu 34.03, eni 7.2 metr olan gəminin maksimal sürəti 11.1 uzel, dedveyti isə 30.5 tondur. Gəmi göyərtəsinə 66 sərnişin qəbul edə bilir. Məlumat üçün bildirək ki,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərin kontinental şelfində neft və qaz istehsalının bütün proseslərində, o cümlədən dəniz özülləri və estakadalarının tikilməsi, coğrafi-geoloji tədqiqatların həyata keçirilməsi, neft-qaz boru kəmərlərinin çəkilməsi, istismar zamanı onların təmiri, dənizdəki neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması, həmçinin müxtəlif növ yüklərin (yanacaq-sürtkü materialları, içməli su, metanol, mal-material, avadanlıq, metal konstruksiyalar və s.) daşınmasında ən müxtəlif xidmətlər göstərir.  Elə təmirə dayanan “MPK-452” sərnişin  gəmisi də neftçilərin iş yerlərinə çatdırılması və digər xidmətlərdə istismar edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır