• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

Türkiyə “Ertuğrul Qazi” LNG gəmisini bu həftə təqdim edəcək

Türkiyə bu həftənin cümə günü “Ertuğrul Qazi” mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmisinin rəsmi təqdimat mərasimini keçirəcək.

“Report” “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.

Onun sözlərinə görə, Hatay şəhərinin Dörtyol bölgəsində baş tutacaq təqdimat mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da iştirak edəcək.

Nazir həmçinin qeyd edib ki, Türkiyə may ayı ərzində günəş enerjisindən 1 468 QVt/saat elektrik enerjisi istehsal edərək aylıq istehsal rekordunu vurub.

Qeyd edək ki, LNG saxlanılması və yenidənqazlaşdırması gəmisi bu növ qazın su yolu vasitəsilə tranziti və daşınması zamanı tələb olunan vacib komponentdir. Bu tip gəmilərdə LNG -160 dərəcə temperaturda yarı soyudulmuş qatı maye halında tələb olunan yerə çatdırılır. LNG sonradan qızdırılaraq əvvəlki qaz halına gətirilir və anbar sistemlərinə vurulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır