Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb - FOTOLAR

Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" Ro-Pax gəmi-bərəsinin milli adət-ənənələrə uyğun qarşılanma mərasimi olub.

Türkmənistanlı qardaşlarımız ASCO dənizçilərinə yeni gəminin istismarı münasibətilə xeyir-dua verib və uğurlu səfərlər arzulayıblar. 

 Öz növbəsində gəmi heyəti də bu isti qarşılanmaya görə Türkmənistanlı qardaşlarımıza təşəkkür ediblər.

 Gəminin  ilk səfəri  7 may tarixində  Qazaxıstanın Kurık limanına olmuşdu.

Qeyd edək ki, "Azərbaycan"  ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan RoPax tipli ilk gəmi-bərədir. Müasir standartlara uyğun inşa olunan gəmi bu ilin martında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istismara verilib.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır