Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ASCO-da koronavirusla mübarizə tədbirləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Koroğlu”, “Nəsimi”, “Akademik Həsən Əliyev”, “Qəhrəman Xəlilbəyli”, “Qəhrəman Əsədov”, “Ramiz Haciyev”, “Bulaq”, “Hövsan” gəmilərində, 678 saylı üzən emalatxanada, Xəzər Dəniz Neft Donanmasının paltardəyişmə yerlərində və yeməkxanasında, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun inzibati binasında, sexlərində, anbarlarında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır