Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ABŞ hərbi-dəniz qüvvələrinin “Rafael Peralta” daimi Yaponiya sahillərinə gəlib

ABŞ hərbi-dəniz qüvvələrinin “Rafael Peralta” esminesi daimi yerləşdirmə üçün fevralın 4-də Yaponiyaya gəlib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, esminesin ABŞ hərbi-dəniz qüvvələrinin Yokosuka bazasında yerləşəcəyi qeyd olunub.

ABŞ hərbi-dəniz qüvvələrinin yeddinci donanmasının bununla əlaqədar yaydığı bəyanatda bildirilib ki, Esminesin bu bazada yerləşdirilməsi Birləşmiş Ştatların, onun müttəfiqlərinin və tərəfdaşlarının milli təhlükəsizliyinin möhkəmləndirilməsinə, strateji maraqlarının müdafiəsini yüksəltməyə xidmət edir.

Bəyanatda, həmçinin qeyd edilib ki, “Rafael Peralta” esminesi ABŞ hərbi-dəniz qüvvələrinin ən yeni və qabaqcıl gəmilərindən biridir. “Belə gəmilər ABŞ-ın regional təhlükəsizliyin təmin edilməsinə sadiqlik, müttəfiqləri və tərəfdaşları dəstəkləmək və Hind-Sakit okean regionunda qanunun aliliyini təmin etmək niyyətlərini nümayiş etdirir.

Qeyd edək ki, ABŞ hərbi-dəniz qüvvələrinin Yokosukadakı əhatə zonasına Sakit okeanın qərb, Hind okeanın isə şərq hissəsi daxildir. ABŞ hərbi-dəniz qüvvələrinin “Ronald Reagan” təyyarə daşıyan gəmisi də bu ərazidə xidmət aparır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır