Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Ceyhan terminalından bu il 25 neft tankeri yola salınıb

Bu il (fevralın 1-nə olan məlumata görə) Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 18,5 mln. barelə yaxın neft yola salınıb.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və digər ölkələrinin  nefti nəql edilir.

Məlumata əsasən, bu il terminalda 25 tanker yüklənilərək yola salınıb.

Qeyd edək ki, Ceyhan neft terminalından bu günədək 3,59 mlrd. barelə yaxın neft yola salınıb və 4 684 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır