Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Akademik Topçubaşov” gəmi-bərəsi təmirdən çı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Akademik Topçubaşov” gəmi-bərəsi təmir olunub. 2017-ci ilin iyulundan “Zığ” Gəmi Təmiri Zavodunda başlayan təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. Belə ki, gəmi-bərənin  sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı su, yağ və yanacaq nasosları, köməkçi və baş  mühərriklər, avar valı, kinqston qutuları təmir edilib. Eyni zamanda bərənin sualtı və suüstü hissəsi, yuxarı göyərtələr, maşın şöbəsi mexanizmlərlə birgə təmizlənərək rənglənib. Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə artıq istismara verilib. Məlumat üçün bildirək ki, uzunluğu 154.50, eni 18.3 metr olan gəminin maksimal sürəti 15 uzeldir. Bərə göyərtəsinə 28 vaqon götürmək qabiliyyətindədir. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə var.  Onlardan ikisi   Ro-Ro tipli gəmidir. Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik Bakı Gəmiqayırma Zavodunda 2 unikal “Ro-Pax” tipli gəmi-bərənin tikintisi barədə sifariş yerləşdirib. Bununla da Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması maneəsiz həyata keçiriləcək. Bərələrin sayının artırılması Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır