• Bakı, 2020-05-25,
Seanews
Heyder Eliyev

Nəriman Nərimanov” tankeri əsaslı təmir ol

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin  Nəqliyyat  Donanmasına  məxsus “Nəriman Nərimanov” tankeri  “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirdədir.  Gəmidə olan  bütün  maşın  və  mexanizmlər,  baş  və  köməkçi  mühərriklər, boru sistemləri, eləcə də  nasoslar,  separatorlar, soyuducular, kompressorlar  sökülərək əsaslı təmir olunur. Üzən vasitənin elektrik avadanlıqları və idarəetmə sistemləri yoxlanılıb və hazırda təmir işləri davam etdirilir. Tankerin  gövdə hissəsində, yük anbarlarında və ballast çənlərində metalların keyfiyətini müəyyənləşdirmək üçün qüsur baxışı keçirilmiş və gövdə-qaynaq işlərinin  təxminən  80%-i yerinə yetirilmişdir. Sualtı hissəsinə, sükan və köməkçi qurğularına, kinqston qutularına, lövbər zəncirlərinə  ətraflı baxış keçirilməsi məqsədilə tanker 6 min ton yük qaldırma qabiliyyəti olan tərsanəyə qaldırılmışdır. Qeyd edək ki,  tərsanədə təmir işləri başa çatdırıldıqdan sonra gəminin   sualtı və suüstü hissələri rənglənəcəkdir. Tərsanədə görüləsi işlər  15 gün ərzində başa çatdırılacaq və sonradan təmir işləri zavodda davam etdiriləcəkdir. Məlumat üçün bildiririk  ki, uzunluğu 125.06, eni 16.63 metr olan tankerin maksimal sürəti 11.3 uzeldir. Maye  yüklərin daşınmasında istifadə edilən gəminin təmirdən çıxması sentyabr ayının axırlarına planlaşdırılır.        


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır