• Bakı, 2020-09-20,
Seanews
Heyder Eliyev

“Bakinskaya-6” gəmisi əsaslı təmir edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “Bakinskaya-6” gəmisi əsaslı təmir edilib. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda  aparılıb.

Proses zamanı baş  mühərriklər, nasoslar, yağ və su soyuducuları, hava balonlarının armaturları, gəminin boru sistemləri, sanitar qovşaqları təmir edilib. Bundan başqa, yaşayış otaqlarında yeni mebellər quraşdırılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları sazlanıb.

Eyni zamanda istifadə  müddəti başa çatmış iki ədəd 6Ч 18/22 tipli köməkçi mühərrik müasir tipli “CCFJ150J- WU, 150 кВт, 1500 d/d, 400В ,50Hz dizel-generatorla əvəzlənib.

“Bakinskaya-6”-nın mexanizm və elektrik avadanlıqlarının  təmiri başa çatdıqdan sonra   dəniz sınağından keçirilib. Gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.       

Qeyd edək ki, “Bakinskaya-6” gəmisi dibdərinləşdirilmə işləri zamanı dənizdən çıxarılmış palçıq, qum, gil qatışıqlarının  xüsusi təyin olunmuş əraziyə aparılıb boşaldılması üçün istifadə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır