Dünyanın ən böyük LNG ilə işləyəcək Ro-Ro gəmisinin inşası başlanıb
Çinin “Yantai CIMC Raffles” gəmiqayırma şirkəti İsveçin “Wallenius SOL” gəmiçilik şirkətinin sifarişinə uyğun olaraq LNG (mayeləşdirilmiş təbii qaz) ilə işləyəcək Ro-Ro gəmisi üzrə tikinti işlərinə başlayıb.
“Seanews.az” xəbər verir ki, yeni gəminin uzunluğu 242, eni 35,2 metr olacaq.
Gəminin 2021-ci ilin avqustunda təhvil verilməsi nəzərdə tutulur. İyunda isə eyni tipli daha bir gəminin inşasına başlanacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır