Gəmi tullantıları yenidən emal olunur
İstanbul Böyükşəhər Bələdiyyəsi Boğazdan keçən gəmilərin tullantılarını yenidən iqtisadiyyata qaytarır. Tullantılar Haydarpaşa Tullantıların Qəbulu müəssisəsində qəbul olunur.
Müəssisədə orta hesabla ildə 110 min kubmetr neft və neftdən alınan tullantılar emal edilir. Bu əməliyyatlar nəticəsində hər il 20 min kubmetr tullantı yağı iqtisadiyyata qaytarılır.
2005-ci ildən bəri İstanbul boğazı və limanlarından istifadə edən 43 minə yaxın gəmidən təxminən 1 milyon kubmetrdən çox tullantı toplanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır