Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Bu gəmi 117 günlük səyahətə çıxır

Dünyanın sürətlə böyüyən səyahət şirkətlərindən biri olan “MSC Cruises” ikinci dünya turuna çıxır. Şirkətə məxsus “MSC Magnifica” gəmisi İtaliyanın Civitavecchia limanından yola düşəcək.

"Seanews.az" xəbər verir ki, səyahət 117 gün davam edəcək.

Bütün qonaqlarına “Bon Voyage” (Xoş səyahətlər) diləyən gəmi səfər boyunca dünyanı kəşf etmək imkanı yaradacaq. Gəmi beş qitədə 43 nöqtəyə gedəcək.

Bütün bunlarla yanaşı, şirkət İspaniya, Braziliya, Argentina, Kolumbiya, Peru, Havay, Çin, Hindistan və Almaniyanın ən dadlı yeməklərini də qonaqlarına təqdim edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır