• Bakı, 2020-02-29,
Seanews
Heyder Eliyev

Dünya üzrə yeni gəmi sifarişlərinin ən çox verildiyi ölkə bəlli olub

Ötən ay dünya miqyasında yeni gəmi sifarişlərinin 69 faizi Çin gəmiqayırma zavodlarında yerləşdirilib. Bununla da, Çin bu uğura görə ilk dəfə 2019-cu ildə Cənubi Koreyanı qabaqlayıb.

"Seanews.az" xəbər verir ki, Çin gəmiqayırma zavodları noyabrda 37 gəmi sifarişi alıb. Bu sifarişlərdən 21-ni Çin gəmi şirkətləri verib.

Gəmi sifarişlərinin sayına görə sonrakı yerləri Yaponiya və Cənubi Koreya tutub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır