"Yang Ming" Yaponiya tərsanələrinə "Ultramax" tipli 4 gəminin tikintisinə dair sifariş yerləşdirib
"Yang Ming Marine Transport Corp." törəmə şirkəti "Kuang Ming Shipping Corp." adından dörd "Ultramax" tipli quru yük gəmisinin alır.
"Seanews.az" xəbər verir ki, gəmilərdən ikisi "Nihon Shipyard Co.," Ltd və "Imabari Shipbuilding Co.," Ltd tərsanələrində tikiləcək. Hər birinin qiyməti 1,234–1,360 milyard Tayvan dolları (NTD) təşkil edir. Digər iki gəmi isə "Sumisho Marine Co.," Ltd ilə əməkdaşlıq çərçivəsində "Oshima Shipbuilding" tərsanəsində inşa olunacaq və qiyməti 1,227–1,355 milyard NTD olacaq.
Açıqlamada gəmilərin təslim tarixləri barədə məlumat verilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

