Yeni layihənin ilk iki gəmisinin tikintisinə başlanılıb
Çinin “Zhejiang Yongxin Shipping” gəmiqayırma zavodunda “CZ234058” layihəsi üzrə ilk iki gəminin tikintisinə başlanılıb.
“Seanews.az” xəbər verir ki, gəmilər Rusiyanın daxili su yollarında istismar üçün inşa edilir.
“CZ234058” layihəli gəmilər toplu taxıl daşıyıcıları kimi daxili su yollarında istismar üçün nəzərdə tutulmuşdur. İkiqat dibli üç yük anbarı təchiz edilmişdir.
Gəmilərin uzunluğu 129 metr, eni 16,9 metr, yük anbarının tutumu 8,7 min kubmetr, sürəti 10,5 düyün, heyəti 14 nəfərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır