Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

“Fincantieri” gəmiqayırma şirkəti “MSC Cruises” üçün altı dəbdəbəli layner inşa edəcək

İtaliyanın “Sestri Ponente” tərsanəsində (Cenua, “Fincantieri” qrupuna daxildir) yeni “Explora II” kruiz layneri sifarişçiyə təhvil verilib.

“Seanews.az” xəbər verir ki, “Explora II”  seriyanın ikinci gəmisidir.

Xatırladaq ki, “MSC Cruises” şirkətini sifarişi ilə “Fincantieri” gəmiqayırma qrupu altı dəbdəbəli “Explora” kruiz gəmisi inşa etməlidir. İlk belə gəmi sifarişçiyə bir il əvvəl - 2023-cü ilin iyulunda çatdırılıb. “MSC” gəmi tikintisinə 3,5 milyard avrodan çox sərmayə qoyub. “Explora II” kruiz gəmisinin tikintisi təxminən 500 milyon avro dəyərində qiymətləndirilir.

Eyni zamanda, seriyanın ikinci gəmisi təhvil verilərkən üçüncü - “Explora III” gəmisinin kilinin qoyulması və dördüncü  - “Explora IV” gəmisinin metal kəsimi mərasimi baş tutub. Bu gəmilər mayeləşdirilimiş təbii qazla (LNG) ilə işləyəcək. Bundan əlavə, kruiz gəmiləri bərpa olunan enerji mənbələrindən istehsal olunan bioyanacaq və sintetik LNG-dən istifadə etmək üçün texniki cəhətdən hazırlanacaq.

Seriyanın sonuncu gəmisinin 2028-ci ildə sifarişçiyə çatdırılması planlaşdırılır.

“Fincantieri” dünyanın ən böyük gəmiqayırma qruplarından biridir. Onun zavodlarında 7 mindən çox gəmi tikilmişdir. “Fincantieri” kruiz gəmilərinin və bərələrin, dəniz gəmilərinin və meqa-yaxtaların tikintisi üzrə ixtisaslaşıb. Gəmiqayırma qrupu 18 gəmiqayırma zavodunu birləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır