Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

Çində rekord tutumlu iki yanacaqlı konteyner gəmisinin layihəsi bəyənilib

Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) Şanxay Elmi-Tədqiqat və Layihə İnstitutu 27 500 TEU tutumlu iki yanacaqlı LNG konteyner gəmisinin tikintisi üçün prinsipial təsdiq alıb  ki, bu da mövcud ən böyük konteyner gəmilərinin tutumundan 3 000 TEU çoxdur.

Layihə dünyanın ən böyük gəmiçilik sənayesi sərgisində təqdim olunub. Hamburqda keçirilən 31-ci “SMM” Forumu yaşıl keçid və rəqəmsal transformasiyaya həsr olunub.

 12 sərgi salonunu 70 ölkədən 2000-dən çox iştirakçı ziyarət edib.

Konteyner gəmilərinin nəhəngləşməsi yeni əsrdə gəmi tutumunun demək olar ki, dörd dəfə artmasına səbəb olub. Bununla belə, son bir il ərzində ümumiyyətlə 16 000 TEU-luq gəmilər daha çox sifariş edilib. Başqa sözlə, bu, nəhəng konteyner gəmilərinin hazırda təkcə Asiya-Avropa marşrutunda deyil, müxtəlif ticarət yollarında fəaliyyət göstərə bilən daha çevik ölçüsüdür.

Qeyd edək ki, hələlik dünyanın ən böyük konteyner gəmisi statusu 2023-cü ilin yazında istifadəyə verilən 24 346 TEU-luq “MSC Irina”-ya məxsusdur. “Yangzijiang Shipbuilding” şirkətinin bu iki yanacaqla işləyən nəhənginin uzunluğu 399,99 metrdir.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır