Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

“Üzeyir Hacıbəyli” gəmisi Mingəçevirdə tikilən yeni elektrik stansiyası üzrə zəruri olan avadanlıqları Türkiyədən Azərbaycana çatdıracaq

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxus “Üzeyir Hacıbəyli” universal quru yük gəmisi “Azərenerji” ASC-nin sifarişinə uyğun olaraq Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən yeni elektrik stansiya üçün zəruri olan avadanlıqları Türkiyədən Azərbaycana çatdıracaq.

Sifarişə əsasən, ümumi çəkisi 1303.765 ton olan transformator və köməkçi avadanlıqlar Türkiyənin Heydərpaşa limanında gəmiyə yüklənib. Gəmi artıq yola düşüb.

Qeyd edək ki, sözügedən layihə üçün ASCO gəmisi ilə ötən il də İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar Azərbaycana gətirilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır