İspaniyanın “Navantia” şirkəti Polşaya sualtı qayıqlar tədarük etməyə hazırdır
İspaniyanın “Navantia” gəmiqayırma şirkəti Polşa ordusunun almaq niyyətində olduğu üç sualtı qayığın dörd potensial təchizatçısından biridir.
“Seanews.az” xəbər verir ki, bu barədə İspaniyanın “Infodefensa” portalı məlumat yayıb.
Beləliklə, İspaniya Polşaya sualtı qayıqlar təklif edən daha üç şirkətə - Fransanın “Naval Group”, Almaniyanın “TKMS” və İsveçin “Saab Kockums” şirkətlərinə qoşulur.
Polşanın “Orka” proqramı İspaniyanın şərqindəki Kartagenada dörd “S-80” sinifli gəmi tikən İspan sənayesi üçün çox faydalıdır. “Navantia” bu proqramın icrası zamanı Polşa şirkətləri ilə geniş sənaye əməkdaşlığına hazırlaşır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır