Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

28,1 milyard dollarlıq sifarişlər qarşıdakı 3 ildə “Hanwha Ocean” tərsanələrinin tam yüklənməsini təmin edəcək

Cənubi Koreyanın “Hanwha Ocean” gəmiqayırma şirkəti mayeləşdirilmiş təbii qazın (LNG) nəqli üçün 8 gəmi tikəcək.

“Seanews.az” xəbər verir ki, müqavilənin dəyəri 1,8 milyard dollardır.

“Hanwha Ocean” gəmiləri Seuldan 330 km cənubda yerləşən Geoje adasındakı tərsanəsində inşa edəcək. Tankerlərin çatdırılması 2028-ci ilin yanvarına planlaşdırılır.

Bu il “Hanwha Ocean” artıq 2,35 milyard dollarlıq sifarişlər alıb. 2023-cü il üçün şirkətin sifarişlərinin dəyəri 4,1 milyard dollar təşkil edib. Ötən ilin dekabrınadək əldə edilən 28,1 milyard dollarlıq sifarişlər qarşıdakı 3 ildə şirkətin gəmiqayırma zavodlarının tam yüklənməsini təmin edəcək.

“Hanwha Ocean” (əvvəllər “Daewoo Shipbuilding & Marine Engineering”) sifarişlərin həcminə görə dünyanın üçüncü ən böyük gəmiqayırma şirkətidir. 2023-cü ilin may ayından etibarən “Hanwha Group” kimya və müdafiə sənayesi konqlomeratının bölməsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır