Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“La Fayette” freqatı modernləşdirilib

Fransa Hərbi Dəniz Qüvvələri üçün “La Fayette” freqatının modernləşdirilməsi proqramı başa çatıb.

“Seanews.az” xəbər verir ki, Fransanın müdafiə şirkəti “Naval Group” üçüncü və sonuncu freqat “La Fayette (FLF) Aconit”-in modernləşdirilməsini başa çatdırıb.

Yenilənmiş gəminin təhvil verilməsi ilə şirkət Fransa Hərbi Dəniz Qüvvələri üçün böyük bir modernləşdirmə proqramını tamamlayıb.

“Naval Today”-in məlumatına görə, altı aylıq təkmilləşdirmədən sonra gəminin dok və dəniz sınaqları keçirilib. İndi sualtı qayıqlara qarşı döyüş qabiliyyətinə malik olan yeni üç gəmi daha beş il ərzində öz missiyasını yerinə yetirə biləcək.

Şirkətin 2017-ci ildə Fransanın Silahlanma üzrə Baş idarəsi ilə imzaladığı “La Fayette” freqatlarının modernləşdirilməsinə dair müqavilə üç freqatı – “Courbet”, “La Fayette” və “Aconit”-i əhatə edib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır