Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

313 milyon dollarlıq gəmiqayırma müqaviləsi ləğv edilib

Cənubi Koreyanın gəmiqayırma şirkəti “HD Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) Yeni Zelandiyanın dövlət bərə operatoru üçün iki sərnişin gəmisi tikməklə bağlı 416,9 milyard von (313 milyon dollar) dəyərində sifarişi ləğv edib.

“Seanews.az” xəbər verir ki, “HD KSOE” 2021-ci ildə  “KiwiRail Holdings” ilə müqavilə bağlayıb, lakin gəmilər üzərində işə başlamayıb.

Müqaviləyə Yeni Zelandiyanın dəmir yolu nəqliyyatı və adalar arasında fəaliyyət göstərən bərələrin istismarına cavabdeh olan dövlət müəssisəsi “KiwiRail Holdings”-in tələbi ilə xitam verildiyi dəqiqləşdirilir.

Gəmi istehsalçısı əlavə edib ki, müqavilə ləğv edildikdən sonra Yeni Zelandiya şirkəti ilə detalları, o cümlədən gəminin layihə xərclərinin ödənilməsi tələbini müzakirə edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır