

Üçüncü sualtı gəminin tikintisinə başlanılıb
Cənubi Koreyada 3600 ton yükgötürmə qabiliyyətinə malik üçüncü “Changbogo-III” (və ya “KSS-III”) tipli “Batch-II” sualtı gəmisinin tikintisinə başlanılıb.
"Seanews.az" xəbər verir ki, bu barədə Koreya Respublikasının Müdafiə Sənayesi İdarəsi məlumat yayıb.
İdarə 2023-cü ilin dekabrında “Hanwha Ocean” gəmiqayırma şirkəti ilə 829 milyon dollarlıq müqavilə bağlayıb. Tikintinin 2029-cu ildə başa çatdırılması planlaşdırılır.
Əvvəllər xəbər verildiyi kimi, “Hanwha Ocean” bu sinfə aid hər üç ikinci nəsil (“Batch-II”) sualtı qayıqlarını tikəcək.
Birinci partiyanın ilk iki sualtı qayığı “DSME”, digəri isə “Hyundai Heavy Industries” tərəfindən tikilib.
İkinci partiyanın aparıcı sualtı gəmisi olan “KSS-III”-nin 2025-ci ildə suya buraxılması, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə 2027-ci ildə təhvil verilməsi nəzərdə tutulur.
İkinci nəsil “KSS-III” dizel-elektrik sualtı qayıqları 4000 tona qədər yükgötürmə qabiliyyəti ilə fərqlənir. Uzunluğu 89,4 metr, eni 9,7 metr, suya oturumu 7,6 metrdir.