

Çinin elektrik avtomobil istehsalçısının ilk avtomobil daşıyanı artıq istismardadır
Çinin elektrik avtomobil istehsalçısı “BYD” ilk avtomobil daşıyıcısını istismara verib.
“Seanews.az”-ın məlumatına görə, gəmi “Explorer 1” adlandırılıb.
7 min CEU tutumlu avtomobil daşıyıcısı Çinin “CIMC Raffles for Zodiac Maritime” tərsanəsində inşa edilmiş və sonra “BYD” tərəfindən icarəyə götürülmüşdür. “Explorer 1”-in uzunluğu 199,9 metr, eni 38 metrdir. Gəmi iki yanacaqlı mühərriklə təchiz olunub və LNG ilə işləyə biləcək.
Avtomobil daşıyıcısı Çin-Avropa marşrutunda istismar ediləcək.
Elektrik nəqliyyat vasitələri daşıyan yeni gəmi hazırda yüklənmək üçün Yantai limanından Şençjendəki Syaomo limanına gedir.
Qeyd edək ki, 2023-cü ildə Çin 5,26 milyon avtomobil ixrac edib ki, bunun da 242,8 mini “BYD”-nin payına düşür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır