Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

“İzumo” sinifli desant gəmisinin sınaqları başlayıb

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri beşinci nəsil F-35B qısamüddətli uçuş və şaquli enişli döyüş təyyarələrini yerləşdirmək üçün modernləşdirmənin birinci mərhələsindən sonra “İzumo” sinifli “Kaqa” amfibiya hücum gəmisinin sınaqlarına başlayıb.

“Seanews.az” xəbər verir ki, iş Kure şəhərində (Xirosima prefekturası) yerləşən “Japan Marine United” gəmiqayırma zavodunda aparılıb.

“İzumo” sinifli universal desant gəmilərinin ümumi yükgötürmə qabiliyyəti 27 min ton, uçuş göyərtəsinin uzunluğu 248 metr, eni 38 metrdir.

Qeyd edək ki, hər gəmi göyərtəsinə 970 nəfər heyət və hərbçi götürə bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır