Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-12,
Seanews
Heyder Eliyev

"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun inşa etdiyi “Tərtərçay” gəmisi istismara verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa olunan növbəti yedək gəmisi istismara verilib.

Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilən gəmi “Tərtərçay” adlandırılıb. Onun uzunluğu 26 metr, eni 6,7 metr, bortunun hündürlüyü 3 metr, suya oturumu 1,6 metr, dedveyti 14 tondur. 6 nəfərlik heyətlə idarə olunan gəmi 9 uzellə hərəkət edəcək. Yedək gəmisi göyərtəsində 3 tonadək yük daşıya biləcək.

Xatırladaq ki, ZGTTZ-də geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri ilə yanaşı, müvafiq sertifikatlaşma əsasında 2017-ci ildən gəmilərin tikintisi də həyata keçirilir. “Tərtərçay” Zavodun inşa etdiyi sayca ikinci gəmidir. Bundan öncə “ASCO 1” adlı eyni tipli gəmi inşa oluraq təhvil verilmişdi. Hazırda bu seriyadan olan daha 4 ədəd gəminin inşası davam edir. Həmin gəmilərin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, sözügedən üzən vasitələrin layihələndirilməsini ASCO-nun Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutunun (“Xəzərdənizlayihə ETİ”) mütəxəssisləri yerinə yetiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır