Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Koreya gəmiqayırma şirkətlərinin sifariş qovluğuna 707 gəmi daxildir

Üç böyük Koreya gəmiqayırma şirkəti – “HD Hyundai Heavy Industries”, “Samsung Heavy Industries” və “Hanwha Ocean”nın 106,1 milyard dollarlıq sifarişi var

"Seanews.az" xəbər verir ki, iyunun 20-nə olan məlumata görə, bu üç şirkət 707 gəmi (106,1 milyard dollar) tikməlidir. Ötən illə müqayisədə Koreya tərsanələrinin sifarişlərinin sayı 53 gəmi (17,3 milyard dollar) artıb.

May ayının sonuna olan məlumata görə, “HD Hyundai Heavy Industries” 442 sifarişin yerinə yetirilməsini (55,6 milyard dollar) təmin edir. “Samsung Heavy Industries”-də 143 təhvil verilməmiş gəmi və 26,4 milyard dollarlıq görülməmiş iş qalıb, “Hanwha Ocean” isə 122 gəmi (24,1 milyard dollarlıq sifariş) inşa etməlidir.

“BusinessKorea” nəşri qeyd edir ki, yüklərin və sifarişlərin çoxluğu səbəbindən gəmiqayırma zavodları öz yanaşmalarını dəyişib. İndi üstünlük yüksək rentabelliyi olan gəmilərə verilir, qalanları isə tikintidən imtina edir. Bu da öz növbəsində qiymətlərin qalxmasına səbəb olub. Beləliklə, “Clarkson Research”-dən yeni tikililər indeksi 170-ə çatan tarixi rekordunu keçib.

Bununla yanaşı, zavodların işçi qüvvəsi ilə təmin edilməsi məsələsi Koreya tərsanələri üçün çətin olaraq qalır. Hər üç şirkət işə qəbulu genişləndirir.

Digər nüans odur ki, hazırda Koreya müəssisələrinin portfelində olan sifarişlərin əksəriyyəti konteyner gəmiləri və LNG daşıyıcılarıdır (müvafiq olaraq 245 və 253 ədəd). Əgər bu sektorlarda nəsə dəyişərsə və bu tip gəmilərdə azalma olarsa, Koreya tərsanələri yenidən qurulmalı və yeni imkanlar axtarmalı olacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır