Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Estoniyada yüksəksürətli gəmilər inşa ediləcək

“Damen Shipyards” və “Baltic Workboats” (“BWB”) Estoniyanın Saaremaa adasındakı “BWB” gəmiqayırma zavoduna yüksəksürətli  “Damen Fast Crew Supplier” (FCS) 2710 gəmilərinin tikintisi proqramı üzrə tərəfdaşlıq müqaviləsi imzalayıb.

“Seanews.az" xəbər verir ki, Estoniyada inşa edilən gəmilərin Baltik və Şimal dənizlərində istismarı planlaşdırılır. Onlar külək stansiyalarının tikintisi və istismara verilməsi mərhələlərində mütəxəssislərin və avadanlıqların, daha sonralar isə külək stansiyalarına texniki xidmət personalının çatdırılmasında iştirak edəcəklər.

Tənzimləyici  orqanların və müştərilərin tələblərinə cavab vermək üçün müxtəlif hərəkətverici sistem konfiqurasiyaları və alternativ yanacaq variantları mövcud olacaq.

Saaremaada gəmilərin tikintisinə artıq start verilib. İlk gəmi üçün alüminiumun kəsimi mayın 9-da baş tutub.

Növbəti 5 il ərzində avtomobil sənayesindən götürülmüş və gəmiqayırma sənayesinə uyğunlaşdırılmış kütləvi istehsal texnologiyalarından istifadə etməklə 10-dan çox “FCS 2710” gəmisinin inşası planlaşdırılır. İlk gəmi 2024-cü ilin yayında təhvil veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır