Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

İslam Səfərli” tankeri istismara ver

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus “İslam Səfərli” tankerinin əsaslı təmiri başa çatıb.    “Zığ” Gəmi Təmiri və Tikintisi  Zavodunda həyata keçirilən təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb. Təmir prosesində tankerin   baş mühərrikləri,  nasoslar, elektrik  mühərrikləri və  digər mexanizmlər əsaslı təmir olunub. Köməkçi mühərriklər isə yenisi ilə əvəzlənib. Gəmidə elektrik avadanlıqlar sazlanıb. Eyni zamanda tankerdə ümumi təmizləmə, gövdə hissəsində defektasiya, yük anbarlarında və ballast  çənlərində qüsur aktlarına əsasən gövdə-qaynaq işləri görülüb. Üzən vasitənin sualtı və suüstü hissələri, göyərtəsi rənglənib. Gəmi təmirçiləri xidməti və yaşayış otaqlarının da heyətin ürəyincə olması üçün əllərindən gələni əsirgəməyiblər. Xatırladaq ki, uzunluğu 125.06, eni 16.63 metr olan tankerin maksimal sürəti 11.3 uzeldir. Gəmiçiliyin nəqliyyat donanmasına məxsus gəmi maye yüklərin daşınmasında istismar edilir. Onu da deyək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni gəmilər hesabına donanmanın daha da gücləndirilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır