Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Türkiyə sualtı qayıqların hazırlanması işlərinə başlayır

Türkiyənin Gölcük Gəmiqayırma Zavodu Komandanlığı tərəfindən həyata keçiriləcək MİLDEN (Milli Sualtı Qayıq) Layihəsi çərçivəsində tikinti işlərinə başlanılır.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə hazırda 6 ədəd Type-214TN Reis Sinif sualtı qayıqlarının tikintisini davam etdirir.

Almaniya ilə birgə həyata keçirilən Yeni Tip Sualtı Layihəsindən sonra Türkiyə MILDEN Layihəsi çərçivəsində öz milli sualtı qayıqlarını qurmağı hədəfləyir.

“MILDEN Layihəsi çərçivəsində “Sınaq Bloku”nun tikinti fəaliyyətlərinə 2023-cü ildə, gəminin tikinti fəaliyyətlərinə isə 2025-ci ildə başlanılması planlaşdırılır. İlk MİLDEN sualtı qayığının 2030-cu ilə qədər Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilməsi gözlənilir”. - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır