Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Sinqapurun “SUCCESS 9” tankeri ələ keçirilib

Naməlum şəxslər Sinqapur bayrağı ilə üzən “SUCCESS 9”  neft tankerinə minərək gəmini ələ keçiriblər.

Sinqapurun Dəniz və Liman İdarəsindən (MPA) verilən məlumata görə, hadisə Abidjan (Kot-d'İvuar) sahillərindən təxminən 300 dəniz mili aralıda baş verib. Qaçırılan zaman gəmidə müxtəlif millətlərdən 20 heyət üzvü olub.

"Sinqapurun Dəniz və Liman İdarəsi hazırda gəmi sahibi, eləcə də Monrovia Regional Dəniz Xilasetmə Koordinasiya Mərkəzi və Çangi Komandanlıq və İdarəetmə Mərkəzindəki Məlumat Emalı Mərkəzi ilə bütün lazımi yardımı təmin etmək üçün əlaqə saxlayır", - deyə məlumatda bildirilir.

 “Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır