Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Çinin ilk böyük kruiz gəmisi 2023-cü ilin sonunda sifarişçiyə təhvil veriləcək

Şanxay gəmiqayırma zavodunda (“Shanghai Waigaoqiao Shipbuilding Corp.”)  inşa edilən Çinin ilk böyük kruiz gəmisinin 91%-i hazırdır. Gəmi bu ilin sonunda sifarişçiyə təhvil veriləcək.

Çinin ən böyük gəmiqayırma korporasiyası olan “China State Shipbuilding Corporation”-ın məlumatına görə, gəminin interyeri və əsas sistemlərinin tənzimlənməsi ilə bağlı işlər eyni vaxtda aparılır. 2022-ci ilin avqustunda şirkət bu seriyanın ikinci kruiz gəmisinin tikintisinə başlayıb.

Şanxay Azad Ticarət Zonası İdarəsində keçirilən mətbuat konfransında Şanxayın Vayqaotsyao rayonunda kruiz gəmiləri sənayesinin inkişafı planı açıqlanıb. Plana əsasən, Şanxay 2035-ci ilə qədər Vayqaotsyao ərazisini mürəkkəb sənaye sisteminə malik dünya səviyyəli kruiz gəmiləri istehsal edən klasterə çevirməyi hədəfləyir.

“Sinxua” Xəbər Agentliyinin məlumatına görə, Şanxay Azad Ticarət Zonası rəhbərinin müavini Çjao Fen deyib ki, "Biz gələcəkdə müvafiq sənaye zəncirini təkmilləşdirməyə davam edəcəyik və müəssisə qərargahının, eləcə də kruiz gəmilərinin istehsalı və istismarı ilə bağlı sahələrin cəmləşməsini təşviq edəcəyik".

2022-ci ili gəmiqayırma sahəsində yüksək göstəricilərlə başa vuran Çin on üçüncü ildir ki, liderliyini qoruyur. Çinin altı müəssisəsi yerinə yetirilən işlərin həcminə, alınan yeni sifarişlərin sayına və həyata keçirilən layihələrə görə dünyanın ən yaxşı on gəmiqayırma müəssisələri sırasına daxildir.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır