Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Çin bu il 9,1 milyard dollar dəyərində 45 LNG tankerinin tikintisi üçün sifariş alıb

Çin gəmiqayırma zavodlarında qaz daşıyıcılarının tikintisinə dair sifarişlərin sayı üç dəfə artıb. Cənubi Koreyanın gəmiqayırma zavodları Qətərin dövlət layihəsi – “North Field” yatağının genişləndirilməsi üçün sifarişlərlə demək olar ki, tam yükləndiyindən, Çin daha çox çinli və xarici müştəriləri cəlb edə bilib.

Yalnız birinin böyük tutumlu LNG tankerlərinin inşasında təcrübəsi olan üç Çin tərsanəsi bu il belə gəmilər üçün dünya sifariş qovluğunun 30%-ni əldə edib və Cənubi Koreyanın biznesin böyük hissəsinə sahib olduğu sektorda yer alıb.

“Clarksons Research”-in məlumatına görə, Çin bu il 9,1 milyard dollar dəyərində 45 LNG tankeri üçün sifariş alıb ki, bu da bütün 2021-ci ildə bu gəmilərə verilən sifarişlərin dəyərindən təxminən 5 dəfə çoxdur.

"Daha yüksək əmək xərclərinə baxmayaraq, “Hyundai Heavy Industries” və “Daewoo Shipbuilding & Marine Engineering” kimi Koreya tərsanələri qaz daşıyıcılarının layihələndirilməsi və qurulmasında daha səmərəlidir. Gəmi sahibləri bütün müştəri tələblərinə cavab verə bilən, gəmilərin problemsiz işləməsini təmin edən Koreya tərsanələrinə daha müsbət yanaşırlar, -deyə mənbə bildirib.

Bununla belə, bu il Çin təkcə xarici şirkətlərdən LNG tankerləri üçün 19 sifariş alıb və bu rəqəmin artacağı ehtimal edilir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır