Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Dünyanın ilk "ön şüşəsi" olan konteyner gəmisi - VİDEO

Dünyanın külək deflektoru ilə təchiz edilmiş ilk konteyner gəmisi “ONE Trust” keçən həftə Fransanın Havr limanına yan alıb.

"Seanews.az" xəbər verir ki, bu, 20 000 TEU-luq gəminin dartma qabiliyyətini artıran texnologiya ilə təchiz olunduqdan sonra limana ilk yanalmasıdır.

“Offshore Energy”-dən verilən məlumata görə, ön şüşə rolunu oynayan avadanlıq gəminin aerodinamikasını təkmilləşdirəcək, eyni zamanda yanacaq sərfiyyatını və tullantıları azaldacaq.

Konteyner gəmisi Çinin “Quindao Beihai” tərsanəsində modernləşdirilib. Hazırda dartmanı gücləndirən texnologiya sınaqdan keçirilir.

Əvvəllər “MOL Trust” adlanan konteyner gəmisi 2017-ci ildə Cənubi Koreyada “Samsung Heavy Industries” gəmiqayırma zavodunda inşa edilib. Gəminin dəyəri 143 milyon dollardır.

“ONE Trust” Asiya-Avropa xəttində istismar edilir  və Sautrempton, Havr, Hamburq, Rotterdam, Tanjer, Sinqapur, Ninbo, Yantyan və Nanşa limanlarına daxil olur. İndi Hamburq limanındadır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır