• Bakı, 2020-10-31,
Seanews
Heyder Eliyev

Şuşa” tankeri təmir ol

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  Nəqliyyat  Donanmasına  məxsus “Şuşa ” tankeri təmir olunub. Tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Avar vallarının, pərlərin, baş göyərtədə  buxar borusu, köməkçi  qazanların   klapanları, baş  və  köməkçi  mühərriklərdə  yağ  və  hava soyuducuları   əsaslı təmir olunub.  Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Gövdə hissəsində lazımi gövdə-qaynaq işləri aparılıb. Tərsanə təmiri zamanı gəminin sualtı hissəsi, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri, nasoslar da  təmir olunub. Məlumat üçün bildiririk  ki, “Şuşa” tankerinin uzunluğu 149.9, eni 17.3 metr, maksimal sürəti 12 uzeldir. Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni tankerlər  hesabına donanmanın daha da gücləndirilməsi planlaşdırılır.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır