Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Qubadlı” platforma təchizat gəmisi – V

“Qubadlı”  təchizat gəmisi  dünyanın qabaqcıl müəssisələrindən sayılan Norveçin “STX Norway Offshore” gəmiqayırma zavodunda inşa edilib. Gəmi müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulub.  Gəminin  uzunluğu 73,6, eni 16 metrdir. Dedveyti 3270 ton olan gəmi öz göyərtəsinə 1600 ton yük götürmək qabiliyyətinə malikdir. Təchizat gəmisi yanacaq, sürtkü yağı, qələvi məhlul, özül yağı, quru yük, içməli su, qazma məhlulu, konteyner, boru və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün daha geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir. Müasir avadanlıqla, o cümlədən DP-2 dayanıqlılıq sistemi ilə təchiz olunan “Qubadlı”  gəmisinin texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmidə quraşdırılan yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərkən hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır