Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-28,
Seanews
Heyder Eliyev

“CMA CGM Group” 623 gəmidən ibarət donanmanı idarə edir

2022-ci il dekabrın 7-də elan edilmiş razılaşmaya əsasən, “CMA CGM Group”, Bayonne və Nyu-Yorkda qlobal konteyner terminallarının (“Global Container Terminals” – “GCT”) alınması əməliyyatlarını başa çatdırıb.

“GCT Bayonne” və “Port GCT New York” terminalları “CMA CGM”-nin ABŞ  portfelindəki  sayını yeddiyə qədər artıracaq.

Qrup ABŞ-ın Şərq sahilində strateji Nyu-York/Nyu Cersi şlüzünün açarı olan iki terminalı daha da inkişaf etdirmək niyyətindədir.

“CMA CGM”-nin inkişaf planına Bayonnedə 3 saylı körpünün tikintisinin davam etdirilməsi daxildir. İşlər tamamlandıqdan sonra həmin körpü ABŞ-ın Şərq sahilində 18 000 TEU tutumlu gəmilərin yan ala biləcəyi ən səmərəli körpülərdən biri olacaq. Bayonne və Nyu Yorkda əməliyyat çevikliyini təkmilləşdirmək üçün əlavə tərsanə və yanalma potensialının yaradılmasına investisiyalar qoyulur.

“CMA CGM” öz investisiyası ilə növbəti 10 il ərzində terminalın tutumunu 50%-dən çox artırmaq fikrindədir.

Qeyd edək ki, “CMA CGM Group” 623 gəmidən ibarət donanması ilə beş qitədə 420-dən çox limana xidmət göstərir. 2022-ci ildə qrup 21,7 milyon TEU daşıyıb.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır