“NETWORK CUP” minifutbol turnirində ASCO komandası növbəti oyununu qələbə ilə başa vurub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkil etdiyi “NETWORK CUP” minifutbol turnirində ASCO futbol komandası növbəti oyununu keçirib.
“Koroğlu-Sportster” stadionunda baş tutan qarşılaşmada dənizçilərin rəqibi İKTA komandası olub. Gərgin idman mübarizəsi şəraitində keçən oyun ASCO-nun qələbəsi ilə yekunlaşıb: 5:7
Dənizçilər növbəti oyunda “BakuBus” komandası ilə qarşılaşacaqlar. Oyun 1 iyun tarixində baş tutacaq.
ASCO “NETWORK CUP” turnirində D qrupunda mübarizə aparır. Bu qrupda ADY, İKTA, “BakuBus” və “Aztelekom” komandaları da yer alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır