Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-29,
Seanews
Heyder Eliyev

 “Dəniz nəqliyyatının inkişaf prespektivləri” mövzusunda keçirilmiş konfransın məruzəçiləri diplomlarla təltif ediliblər

Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Dəniz nəqliyyatının inkişaf prespektivləri” mövzusunda tələbə, magistrant və gənc tədqiqatçıların elmi-texniki konfransına yekun vurulub.

Akademiyanın müvafiq kafedralarının rəy və hesabatlarına əsasən seçilən məruzəçilər diplomlarla təltif ediliblər.

Konfransa 7 bölmə üzrə ümumilikdə 145 elmi məruzə təqdim olunub, iştirakçılar dəniz nəqliyyatı sahəsində aktual problemləri və inkişaf istiqamətlərini əhatə edən mövzularla çıxış ediblər. Məruzələrin tezisləri konfransın toplusunda çap olunacaq.

Tədbirin məqsədi gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılması, onların təşviqi və dəniz nəqliyyatı sahəsində innovativ yanaşmaların irəli sürülməsinə şərait yaratmaqdan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır